Noyer Kanın rekordunu qırdı

Noyer Kanın rekordunu qırdı
"Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqada yeni rekord müəyyənləşdirib.
 
Fanat.Az xəbər verir ki, 34 yaşlı qolkiper buna "Şalke” ilə səfər matınçda (4:0) nail olub.
 
Alman futbolçu çempionatda çıxış etdiyi dövr ərzində 197-ci dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Beləliklə, o, sabiq komanda yoldaşı Oliver Kanın rekordunu yeniləyib. Kan 1987-2008-ci illərdə "Bavariya" və "Karlsrue"də 196 görüşdə qapısını toxunulmaz saxlayıb. Noyer isə "Şalke” və "Bavariya"nın heyətində bu göstəriciyə imza atıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər