Noyer "Bavariya"nı çətin vəziyyətdə qoyub

Noyer "Bavariya"nı çətin vəziyyətdə qoyub
"Bavariya"nın qolkiperi Manuel Noyer yeni müqavilə ilə bağlı şərtlərini açıqlayıb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Noyer klubdan 5 illik müqavilə və ilinə 20 milyon avrodan artıq maaş tələb edir. Alman qapıçının bu istəklərinin Luka Ernandes və Filippe Koutinyonun məvaciblərinin 20 milyon avrodan yüksək olmasına dair yayılan iddialarla əlaqəli olduğu bildirilir.
"Bavariya" Noyerə sözləşməsini 2023-cü ilə kimi uzatmağı təklif edib. Müqavilənin əlavə bir il müddətinə yenilənməsi də mümkündü. Həmçinin qazanılan nailiyyətlər qarşılığında bonuslar nəzərdə tutulub. Münhen təmsilçisi bu yolla 34 yaşlı qolkiperi razı salacağına ümid edir.
Mənbənin iddiasına görə, Noyer yayda Aleksandr Nübelin komandaya qoşulmasının onun oyun vaxtının azalmasına səbəb olacağından ehtiyatlanır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər