"Oyunçularımla fəxr edirəm. Tatkiki planda uğurla oynadıq. Başqa qol vəziyyətlərimiz də oldu, amma cəmi bir dəfə fərqlənə bildik. Üstünlük daha çox rəqibdə idi. Çünki onların yeni baş məşqçisi var. Qazonun vəziyyəti hər iki komandaya mane olurdu. Artıq 9 xalımız var. Bu, qrupdan çıxmaq üçün yaxşı şansdı". Fanat.az xəbər verir ki, bu sözləri millimizlə oyundan sonra Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.
Rəqib çalışdırıcı dünənki mətbuat konfransında yıbmamımızı Bolqarıstanla oyuna əsasən analiz etmişdi. Həmin vaxt baş məşqçi Berti Foqts, bu gün isə Mahmud Qurbanov idi. Bəs norveçli çalışdırıcı "öu oyunda millimizdə hans fərqləri görub?" Hoqmo bu suala belə cavab verib: "Bolqarıstanla matçda Aəzrbaycan yaxşı oynamışdı. Bu gün də yığmanız eyni oyunu göstərdi. Çox çətin rəqib idi. Sevinirik ki, onları Bakıda məğlub edə bildik".
Fanat.az