Türkiyənin "Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, yeni mövsümdən Superliqada mübarizə aparacaq adanalılar Niderlandın "Alkmaar” klubundan Yonas Svenssonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Svensson 2017-ci ildən "Alkmaar”ın uğurları üçün çalışırdı. Norveçli futbolçu daha öncə "Rusenborq” və "Levanger”də də oynayıb. O, Norveç millisində çıxdığı 23 görüşdə 1 qol vurub.
Nihat