"Qəbələ"nin üzvü Nizami Hacıyevin yenidən Polşa çempionatında oynamaq imkanı yaranıb. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, futbolçunun yenidən "Poqon"a keçidi gündəmə gəlib.
Nizami "İnter"də oynayarkən Polşa klubunda baxışdan keçmiş və bəyənilmişdi. Lakin Bakı klubu onun transferi üçün 100 min avro tələb etdiyindən transfer baş tutmamışdı.
Məlumata görə, "Poqon" Nizamini izləməkdə davam edib və yenidən düşərgəsinə çağırıb. Hacıyev bu məqsədlə yenidən Polşa klubunun düşərgəsinə yollanıb. "Qəbələ"dən verilən məlumata görə, 2 gün "Poqon"un düşərgəsinə olan Hacıyev artıq geri qayıdıb. Onun bu kluba transfer olunub-olunmayacağı qışda məlum olacaq.
Fanat.az