Nistelroy yalnız bu şərtlə MY-də qalacaq - İddia

Nistelroy yalnız bu şərtlə MY-də qalacaq - İddia

Bazar ertəsi Erik ten Haqı istefaya göndərən "Mançester Yunayted" yeni baş məşqçisinin adını rəsmən açıqlamayıb. 

Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar”ı Liqa Kubokunda “Lester”lə matça Ruud van Nistelroy çıxaracaq.

“Football Insider”-in məlumatına görə, Ruben Amorim və ya başqa məşqçi “qırmızı şeytanlar”ın "sükanı arxası"na keçsə, 48 yaşlı mütəxəssis klubu tərk edəcək. 

Mənbə iddia edib ki, “Mançester Yunayted”in əfsanəsi komandada tam ştatlı məşqçi kimi işləməkdə maraqlıdır. O, 2022 və 2023-cü illərdə Niderland kubokunu və superkubokunu qazandığı PSV-də baş məşqçi kimi təcrübəyə malikdir. 

Qeyd edək ki, Liqa Kubokunun 1/8 final mərhələsinin “Mançester Yunayted” – “Lester” oyunu bu gün - oktyabrın 30-da, saat 23:45-də “Old Trafford”da keçiriləcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər