Niqmatullin: “Rusiya himninin fitə basılması...”

Niqmatullin: “Rusiya himninin fitə basılması...”

“Hamı bilir ki, keçmiş Sovet İttifaqının üzvü olan ölkələrin milliləri Rusiya ilə oyunlara prinsipial yanaşır, bizə qarşı xüsusi hazırlaşırlar. Fikrimcə, oyunçularımızBakıda məhz belə münasibətlə üzləşəcəklərini gözləyirdilər. Bu üzdən oyun ərəfəsində bu qədər söz-söhbət yaranmışdı.Mətbuat aranı qızışdırırdı və oyunçular bir-birinə atmaca atdı”.Fanat.az xəbər verir ki, bu sözləri Rusiya yığmasının keçmiş qapıçısı Ruslan Niqmatullin Azərbaycan - Rusiya (1:1) oyunu ilə bağlı danışarkən deyib.

Veteran futbolçu daha sonra əlavə edib: “Rusiyada  “rəqibi özünəinama görə cəzalandırmaq” ifadəsi digər komandanı oynamağa məcbur etmək anlamına gəlir. Azərbaycanda isə görünür bu ifadə başqa məna daşıyır. Ola bilsin, bu sözlərin təhrif olunmuş mənası ürəkaçan səslənməyib. Və ya onların rus dilini elə də yaxşı bilməməsindən irəli gəlib. Bakıda “cəzalandırmaq” sözünə verilən reaksiya kimi də münasibət göstərdilər. Az qala millətlərarası qarşıdurma törədəcəkdilər. Futbolu siyasətə qatmaq yaxşı deyil. Himnin fitə basılmasına görə isə yəqin ki sanksiyalar tətbiq edilməlidi. Özü də biz hamımız bu himnin sədaları altında böyümüşük”.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər