Topaz Premyer Liqasında 7-ci turun rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi turun analitik göstəricilərinə əsasən ötən turun rəmzi komandasına "Qarabağ" və "Xəzər Lənkəran"dan 3, "Qəbələ"dən 2, "Neftçi", "Simurq" və "Bakı"dan 1 futbolçu düşüb:
Qapıçı: Pavel Kapsa (Simurq).
Müdafiəçilər: Vanderson Skarduelli (Xəzər Lənkəran), Bədavi Hüseynov (Qarabağ), Denis Silva (Neftçi), Maksim Medvedev (Qarabağ).
Yarımmüdafiəçilər: Leonardo da Silva (Qəbələ), Qara Qarayev (Qarabağ), Əfran İsmayılov (Bakı), Sadio Tounkara (Xəzər Lənkəran).
Hücumçular: Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ).
Turun ən yaxşı oyunçusu "Xəzər Lənkəran"ın hücumçusu Junior Nildodu. "Qəbələ"nin yarımmüdafiəçisi Leonardo da Silva rəqib qapısına ən çox zərbə endirən futbolçudu. "Rəvan"ın serbiyalı yarımmüdafiəçisi Miloş Adamoviç isə komanda yoldaşlarına ötən turda ən çox ötürmə verən oyunçu olub. "Neftçi"nin braziliyalı müdafiəçisi Karlos Kardoso hava mübarizələrində hamıdan yaxşı nəticəyə imza atıb.