Nildo 4 qol vurdu, "Xəzər Lənkəran" darmadağın etdi - FOTOLAR

Nildo 4 qol vurdu, "Xəzər Lənkəran" darmadağın etdi - FOTOLAR

Artıq üç gündü Lənkərandakı bazasında hazırlığını davam etdirən “Xəzər Lənkəran” bu gün əvəzedici komandası ilə ikitərəfli oyun keçirib. Fanat.az xəbər verir ki, üç hissədən ibarət görüşün hər hissəsi 30 dəqiqə olmaqla 90 dəqiqə davam edib və əsas komandanın üzvlərinin bir çoxu növbə ilə əvəzedici komanda ilə birlikdə mübarizə aparıb.

Şərti olaraq "sarı" və "yaşıl" rəngə bölünən komandaların görüşündə “yaşıllar” 8:0 hesabı ilə qalib gəlib. Etame Mbilla, Zohair Benouahi, Elnur Abdullayev, Deyvid Sakkoninin fərqləndiyi görüşdə Junior Nildo da 4 dəfə toru silkələyib. 

Bu görüşlə Lənkərandakı hazırlığını yekunlaşdıran “Xəzər Lənkəran” günortadan sonra istirahətə buraxılacaq. Komanda oktyabr ayının 14-də Bakıda toplaşaraq “Simurq”la oyunun hazırlığına start verəcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər