İspaniya millisinin və "Atletik" komandasının hücumçusu Niko Uilyams "Barselona"ya keçmək ərəfəsindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist David Bernabeu yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı forvard artıq Kataloniya klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Keçidin təfərrüatları hələ açıqlanmasa da, Uilyamsın "Atletik"lə müqaviləsinə daxil edilən təzminat məbləği 58 milyon avrodur.
Hazırda millinin düşərgəsində olan Niko ötən mövsüm La Liqada 31 matçda 5 qol vurub, 11 məhsuldar ötürmə edib, həmçinin İspaniya kubokunu qazanıb.
Mirağa