Niko Kovaç: "Yenilgiyə layiq idik"

Niko Kovaç: "Yenilgiyə layiq idik"

"Çox güclü rəqiblə üz-üzə gəldik. İki oyuna nəzər salsaq, rəqib növbəti mərhələyə adlamağı haqq edirdi”.

Fanat.Az-ın məlumatına görə, bunu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Liverpul”a 1:3 hesabıyla yenilərək mübarizəni dayandıran "Bavariya"nın baş məşqçisi Niko Kovaç deyib.

İlk oyunda qeydə alınan qolsuz bərabərlikdən "doğma divarlar” arasında faydalanmağı bacarmayan Münhen təmsilçisinin çalışdırıcısı əlavə edib: "1:2-yə qədər açıq futbol oynadıq. Gördük ki, bir standart vəziyyət oyunun taleyini həll edə bilir. Onlar futbolçularımızı yaxşı zərərsizləşdirdilər. Sakit, kombinasiyalı oynaya bilmədik, Levandovskini topla təmin etməyi bacarmadıq. Bu üzdən məğlubiyyətə layiq idik".

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər