Xorvatiya millisinin Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan üzərində 6:0 hesablı qələbəsindən sonra meydan sahiblərinin baş məşqçisi sevincini gizlətməyib. Fanat.az xəbər verir ki, Niko Kovaç bu cür nəticəni gözləmədiklərini dilə gətirib.
O, yetirmələrinin matçın sonunda oyunun tempini aşağı salmasını da anlayışla qarşıladığını söyləyib: "Bu cür nəticəni heç kim gözləmirdi. Uşaqlardan erkən qol vurmağı xahiş etmişdim. Yekunda möhtəşəm nəticəyə imza atıb, azarkeşlərimizi sevindirdik. Doğrudu, oyunun sonunda tempi xeyli aşağı saldıq. Ancaq yetirmələrimi gözəl başa düşürəm. Axı onlar sabah klublarına dönəcəklər. Bütün komandaya öz təşəkkürümü bildirirəm".
Fanat.az