Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

"Bayer Leverkuzen"in hücumçusu Viktor Bonifase Bundesliqada "Mövsümün ən yaxşı debütantı" nominasiyasında qalib seçilib. 

Fanat.Az xəbər verir ki, məlumatı turnirin rəsmi portalı paylaşıb. 

Nigeriyalı qalib adı uğrunda mübarizədə Xavi Simons ("Leypsiq"), Yan Maatsen ("Borussiya Dortmund") və Maksimilian Bayerə ("Hoffenhaym") qalib gəlib. 

Qeyd edək ki, 23 yaşlı hücumçu çempion "Bayer"in bütün matçlarında iştirak etməyib. Söhbət futbolçunun qışda aldığı zədədən gedir. O, 22 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Bu mövsümün əvvəlində Bundesliqa təmsilçisinə keçən Viktor bundan əvvəl Belçikanın "Yunion Sent Jilluauz" klubunda çıxış edib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər