Nigeriya və İsveç yığmalarının üzvləri rəsmən "Rəvan"da

Nigeriya və İsveç yığmalarının üzvləri rəsmən "Rəvan"da
Transfer çalışmalarını davam etdirən "Rəvan" heyəti gücləndirmək yönündə növbəti addımı atıb. Fanat.az xəbər verir ki, Bakı klubu 2 legionerlə rəsmən anlaşıb. 
Bunlar isveçli yarımmüdafiəçi Fredrik Holster və nigeriyalı forvard Musa Kabirudu. Hər 2 futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 1 həftədən çox baxışda olan Holster indiyə qədər yalnız vətəni İsveçdə top qovub. O, "Nyuköpinqs”, "Haken”, "Vesbyu Yunayted” və "Sundsvall” klublarının şərəfini qoruyub. Ölkəsinin U-17 və U-19 yığmalarının da şərəfini qoruyub.
Musaya gəlincə, nigeriyalı hücumçu bu günə qədər Nigeriyanın "Kaduna Yunayted" və son olaraq Misirin "Əl-Mokavlun Əl-Ərəb" komandasında forma geyinib. 27 yaşlı futbolçu ölkəsinin yığma komandasının heyətində Afrika Millətlər Kubokunda iştirak edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər