Dünya çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, gələn Braziliyada təşkil olunacaq mundiala Afrikadan gedəcək bir komandanın adına aydınlıq gəlib.
"Qara qitə"də keçirdən pley-off oyununda Nigeriya Efiopiyanı qəbul edib. Bu komandalar arasında ilk oyunda birincilər 2:1 hesablı qələbə qazanmışdı. Nigeriyalılar bu gün iki cavabsız qolla qələbə qazanaraq mundiala vəsiqə əldə edib - 2:0. Efiopiyanın qapısına 20-ci dəqiqədə penaltidən Viktor Moses, 82-ci dəqiqədə Viktor Obinna yol tapıb.
Fanat.az