Niderlandlı ulduz klubunun təklifini rədd etdi

Niderlandlı ulduz klubunun təklifini rədd etdi

"Barselona"nın 27 yaşlı yarımmüdafiəçisi Frenki de Yonq klubundan aldığı yeni müqavilə təklifini geri çevirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.

Xəbərə görə, niderlandlı futbolçu klub idarəçilərinin əksəriyyətinin onun getməsini istədiklərini bilir və bu səbəbdən anlaşma yeniləmək variantına isti yanaşmır. Mənbə zədədən qayıdandan sonra da "blauqrana"nın forması ilə özünü sübut edə bilməyən de Yonqun müntəzəm oynaya biləcəyi kluba keçməyi arzuladığını diqqətə çatdırıb.

Cari mövsüm bütün turnirlərdə 13 matça çıxan Frenki 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı orta xətt oyunçusunun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir. Onun "Barsa" ilə indiki anlaşmasının müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər