Niderland nəhəngindən avrokubokda antirekord

Niderland nəhəngindən avrokubokda antirekord

“Ayaks” Avropa Liqasının qrupunda dörd oyundan sonra cəmi iki xal qazana bilib.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bu, amsterdamlıların avrokuboklarda ən zəif göstəricisidir. 

“Ayaks”ın tarixində heç vaxt qitə turnirlərində belə uğursuz nəticə olmaıb. Təbii ki, bura “Ayaks”ın qrup mərhələsinə ümumiyyətlə çıxa bilməməsi, təsnifat mərhələsindən kənarlaşdırıldığı hallar daxil deyil. Söhbət qrup turnirlərindən - həm Çempionlar Liqası, həm də Avropa Liqasından gedir. 

Yalnız bir dəfə, 2014/2015 mövsümündə "Ayaks"ın dörd turdan sonra cəmi iki xalı olub. Lakin o vaxt komanda Çempionlar Liqasında yarışıb. İndi isə amsterdamlılar Avropa Liqasında çıxış edir.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər