Niderland nəhəngi dünya çempionu ilə gücləndi

Niderland nəhəngi dünya çempionu ilə gücləndi

Dominik Livakoviçin "Ayaks"a keçəcəyi  ehtimal olunsa da, Niderland nəhəngi son anda üzünü Argentina millisinin ehtiyat qapıçısı Geronimo Rulliyə çevirib. 

Fanat.Az xəbər verir ki, məlumatı ispaniyalı jurnalist Xavi Mata "Twitter" hesabında paylaşıb.

Mənbənin iddiasına görə, “Vilyarreal”ın qapıçısı “Ayaks”la hər şeyi razılaşdırıb və Amsterdama köçür. Niderland klubu "Vilyarreal"a 10 milyon avro təzminat ödəyəcək.

Rulli İspaniya mətbuatına açıqlamasında xəbəri təsdiq edib: "Düzdür, hər şey çox tez baş verdi. Bu, klub üçün də, mənim üçün də yaxşı oldu və "Ayaks" əvvəldən xidmətimdə çox maraqlı idi". 

Geronimo Rulli Qətərdə keçirilən dünya çempionatında Emiliano Martinesdən sonra Argentinanın 2 nömrəli qapıçısı idi. O, son üç ildə "Vilyarreal"da çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər