Niderland millisinin üzvü İtaliya nəhənginə keçir - MƏBLƏĞ

Niderland millisinin üzvü İtaliya nəhənginə keçir - MƏBLƏĞ

Niderland millisinin və "Atalanta"nın futbolçusu Tön Kompeyners cari mövsümün sonunda İtaliya nəhənginə transfer oluna bilər.

Fanat.Az xəbər verir ki, məlumatı rəsmi saytı vasitəsi ilə jurnalist Canluka Di Martsio yayıb.

Xəbərə görə, 25 yaşlı futbolçu "Yuventus"un əsas transfer hədəfidir. Mənbə "qoca sinyora"nın Kompeyners üçün Berqamo təmsilçisinə 40 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb. Tərəflərin sözügedən oyunçunun transferi ilə bağlı danışıqlara gələn ay başlayacaqları bildirilib.

Qeyd edək ki, Kompeyners 2021-ci ildən "Atalanta"nın uğurları üçün çalışır. Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 26 matça çıxan mərkəz yarımmüdafiəçisi 7 qol və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Onun berqamolularla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər