Niderland millisinin üzvü İtaliya nəhəngi ilə anlaşdı - SON DURUM

Niderland millisinin üzvü İtaliya nəhəngi ilə anlaşdı - SON DURUM

"Atalanta"nın və Niderland millisinin yarımmüdafiəçisi Ten Kopmeyners karyerasını "Yuventus"da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka Di Martsio yayıb. 

Mənbənin məlumatına görə, klublar 26 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı 52 milyon avro və 6 milyon bonus qarşılığında razılığa gəliblər.

Bu çərşənbə günü futbolçu "Yuventus"da tibbi müayinədən keçməli olacaq, bundan sonra o, "biankonerilər"lə mövsümdə 4 milyon maaşla 5 illik müqavilə imzalayacaq.

Kopmeyners 2023/24 mövsümündə "Atalanta"nın heyətində bütün yarışlarda 51 matça çıxaraq 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər