Niderlandlı futbolçu Kris David Azərbaycan klubundan təklif alıb.
Fanat.Az xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.
Kris David bildirib ki, bu yay CAR-ın "Kape Taun” klubundan ayrıldıqdan sonra Azərbaycan və Finlandiya klublarından təklif alıb. Amma bu təkliflərə yox cavabı verib və Almaniyanın II Bundesliqa təmsilçisi "Vurtsburger Kikkers”lə müqavilə imzalayıb.
Futbolçu seçimini belə izah edib: "Azərbaycan və Finlandiya çempionatları mənim üçün kifayət qədər maraqlı deyildi. Öz keyfiyyətlərimə bələdəm, nələrə qadir olduğumu bilirəm. Özüm üçün ən yaxşı olan yeri seçməliydim. Düşünürəm ki, Almaniya bu baxımdan fantastik yerdi”.
Qeyd edək ki, Kris "Tvente”nin yetirməsidi. 2013-cü ildə İngiltərənin "Fulhem" klubuna keçən futbolçu 2015-də "Tvente"yə icarəyə verilib. Yarımmüdafiəçi növbəti illərdə Hollandiyanın "Qo Ahead Eagles" (2015-2015), "Utrext" (2017-2018), "Yonq Utrext" (2017-2018) və CAR-ın "Kape Taun" (2019-2020) komandalarında çıxış edib.
Kris Niderlandın U-17, U-18 və U-19 millilərində də forma geyinib.