Neymarsız PSJ ilk məğlubiyyətini "Lion"da aldı - VİDEO

Neymarsız PSJ ilk məğlubiyyətini "Lion"da aldı - VİDEO
Fransa çempionatının XXIII turu çərçivəsində PSJ "Lion"un qonağı olub.
 
Fanat.Az xəbər verir ki, Neymarın zədə səbəbindən oynamadığı görüşdə parislilər 1:2 hesabı ilə yenilib. Meydan sahiblərindən Musa Dembele və Nabil Fekir, qonaqlardan Angel Di Maria fərqlənib. 
Bu PSJ-nin cari mövsümdə ilk məğlubiyyəti olub. 21 oyun keçirən Paris klubu 56 xalla turnir cədvəlinə başçılıq edir və iki oyun artıq keçirmiş "Lill"i 10 xal qabaqlayır. "Lion" isə 43 xalla üçüncü pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər