Neymarın PSJ ilə bağlı qərarı

Neymarın PSJ ilə bağlı qərarı

Ulduz futbolçu Neymar PSJ-dən ayrılmaq istəmir.

Fanat.Az xəbərinə görə, bu barədə forvard özü məlumat verib. 

"Mən klubda qalmaq istəyirəm. Ancaq PSJ-nin mənimlə bağlı planları nədir bilmirəm", - deyə Neymar bildirib. 

Qeyd edək ki, daha əvvəl braziliyalı futbolçunun karyerasını başqa Avropa klubunda davam etdirə biləcəyi bildirilirdi.

Neymara "Yuventus" və "Çelsi" klubları maraq göstərirdi.

Braziliya millisinin hücumçusunun PSJ ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər