Braziliyalı ulduz Neymər sabiq klubu "Santos"u ağır maliyyə vəziyyətindən xilas etmək üçün şəxsən hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, futbolçunun idman marketinq şirkəti klubun transfer qadağasını qaldırmaq üçün tələb olunan 2 milyon avronu öz cibindən ödəyib.
Neymər bununla da kifayətlənməyərək Artur, Everton Sebolinya və Filippe Koutinyonu "Santos"a keçməyə şəxsən inandırıb.
Ulduz futbolçunun əsas hədəfi doğma komandasını yeniden Kopa Sudamerikana finalına çıxarmaqdır.