Neymara ağır sözlər: "Özünü Messi hesab edirsən?"

Neymara ağır sözlər: "Özünü Messi hesab edirsən?"

PSJ-nin iki ulduzu - Neymar və Edinson Kavani arasında yaranmış gərginliklə bağlı yeni detallar açıqlanıb. Fanat.Az xəbər verir ki, braziliyalı və uruqvaylı ulduz arasındakı gərginliyin "Lion" matçında başlamadığı iddia olunub.

Bildirilir ki, iki futbolçu arasında ilk gərginlik Neymarın kluba təqdim olunduğu gün baş verib. Belə ki, braziliyalı futbolçu yeni komanda yoldaşlarıyla tanış olarkən onun hərəkətləri Kavaninin xoşuna gəlməyib və "Bu kimdi? Özünü Messi hesab edirsən?" deyib. 

Qeyd edək ki, iki futbolçu "Lion"la oyunda cərimə zərbəsi və penalti vurmağa görə dava etmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər