Neymar özbəklərə qarşı oynaya biləcək? - Baş məşqçisindən açıqlama

Neymar özbəklərə qarşı oynaya biləcək? - Baş məşqçisindən açıqlama

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı ulduzu Neymar yenidən sıradan çıxıb. 

Fanat.Az "Goal"a istinadən xəbər verir ki, bu barədə ərəblərin baş məşqçisi Jorj Jezuş açıqlama verib.

Portuqaliyalı mütəxəssisin dediyinə görə, 31 yaşlı braziliyalı bu gün, sentyabrın 18-də Özbəkistanın "Navbahor" klubu ilə Asiya Çempionlar Liqası oyununu buraxa bilər: “Bugünkü məşqdən sonra oyunun iştirak ərizəsində yer alacaq 5 əcnəbi ulduzla bağlı qərar verəcəyik. Neymar və Mayklda bir az diskomfort var. Onların oynamağa 100 faiz hazır olduqlarına əmin olmalıyıq”.

Neymar Səudiyyə Ərəbistanı çempionatında "Əl-Hilal"ın heyətində debüt oyununda zədələnib. O, ayaq əzələsindəki problemə görə 4 oyunu buraxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər