Neymar yenidən sıradan çıxdı

Neymar yenidən sıradan çıxdı

"Əl-Hilal" klubunun hücumçusu Neymar  Asiya Çempionlar Liqasının "İstiqlal"la oyununda (3:0) zədələnib.

Fanat.Az xəbər verir ki, futbolçu meydana 57-ci dəqiqədə daxil olsa da, 86-cı dəqiqədə əvəzlənməli olub. 

Bir epizodda braziliyalı sürətli qaçarkən ombasında ağrı hiss edib.

Neymar oktyabrın 21-də meydana qayıtmşdı. O, ön çarpaz bağ zədəsindən və meniskin cırılmasından sonra 369 gün oynamamışdı.

32 yaşlı ulduz forvard zədəsinin ciddiliyini müəyyən etmək üçün tibbi müayinədən keçməlidir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər