"Barselona"nın sabiq prezidenti Sandro Rozel klubun Neymarı transfer etməli olduğunu düşünür.
Fanat.Az xəbər verir ki, 56 yaşlı funksioner COPE və "Radio Marca"ya açıqlamasında qeyd edib:
"İndi Barselona"nın prezidenti olsaydım, Neymarı transfer etməyə çalışardım. O, dünyanın ikinci ən yaxşı futbolçusudu. Neymar yalnız Messidən geri qalır. Braziliyalı futbolçu klubun fəlsəfəsinə tam uyğundu.
Lautaroya gəlincə, mən onun transferinə birbaşa 111 milyon avro ödəmərəm. Bəlkə, argentinalı qarşılığında iki oyunçunu "İnter"ə göndərmək olar".
Neymar 2017-ci ildə dünya transfer rekordunu qıraraq 222 milyon avro müqabilində "Barsa"nı PSJ-yə dəyişmişdi.
Fanat.Az