Neymar səfər matçlarında meydana çıxmayacaq

Neymar səfər matçlarında meydana çıxmayacaq

"Santos”un ulduz hücumçusu Neymar gözlənilməz qərarla gündəmə gəlib.

Fanat.Az "Marca"ya isrinadən xəbər verir ki, təcrübəli futbolçu bu ilin yayına qədər səfər oyunlarında meydana çıxmayacaq.

Buna səbəb onun ötən il aldığı ağır zədənin təkrarlanmasından ehtiyat etməsidir. Neymar fiziki yüklənməni azaltmaqla formada qalmağa çalışır.

Hazırda onun Karlo Ançelottiyə özünü sübut etmək üçün cəmi 7 ev oyunu qalıb. Məhz bu matçlardakı çıxışı dünya çempionatına gedib-getməyəcəyini müəyyənləşdirəcək.

Qeyd edək ki, Ançelotti yekun heyəti mayın 18-də açıqlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər