Neymar: "Mən artıq "Real"ın oyunçusuyam"

Neymar: "Mən artıq "Real"ın oyunçusuyam"
"Barselona"nın ulduzu Neymarla bağlı ortaya daha bir iddia atılıb. Fanat.az xəbər verir ki, braziliyalı futbolçunun 2014-cü ildə "Real"a keçməyə çox yaxın olduğu iddia edilib.
"Barselona"ya transferi zamanı saxtakarlıq olması səbəbindən Neymar və atası barədə cinayət işi açılıb. İddiaya görə, məhz bu səbəbdən o, "Barselona"dan ayrılmaq fikrinə düşüb. Bu zaman araya girən "Real"ın prezidenti Florentino Peres onu komandasına gəlməyə razı salıb.
"El Confidencal"ın Neymarla "Real" üçün Cənubi Amerikada skautluq edən Juni Kalafat arasındakı mesajlaşmanı yayımlayıb. Həmin mesajda Neymar yazıb: "Juni, Madridə çatdın? Bilirsən, mən artıq "Real"ın oyunçusuyam".
Transferin hansı səbəbdən baş tutmadığı bilinmir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər