Neymar PSJ-ni hansı kluba dəyişir? - İDDİA

Neymar PSJ-ni hansı kluba dəyişir? - İDDİA

PSJ-nin hücumçusu Neymar sabiq komandasına - "Barselona"ya qayıda bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Mənbə Paris klubunun prezidenti Nasser Əl-Xelaifinin Neymarı satmaq və gələn yay heyəti yeniləmək fikrində olduğunu vurğulayıb.

Yazılanlara inansaq, PSJ başqanı vasitəçilərin köməyi ilə artıq braziliyalının xidmətini bir neçə İngiltərə təmsilçisi ilə yanaşı, "Barselona"ya da təklif edib.

2013-2017-ci illər aralığında Kataloniya komandasında top qovan 29 yaşlı Neymarı Fransa klubu 222 milyon avro qarşılığında heyətinə qatıb. Onun parislilərlə olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər