Neymar PSJ-dəki gələcəyi ilə bağlı yekun qərarını verdi

Neymar PSJ-dəki gələcəyi ilə bağlı yekun qərarını verdi

PSJ-nin braziliyalı hücumçusu Neymar klubu ilə bağlı yekun qərar verib.

Fanat.Az-ın xəbərinə görə, futbolçu müqaviləsi üzrə 2025-ci ilin yayına qədər komandasını tərk etmək istəmir.

Məlumatı "Marca" nəşri yayıb.

Qeyd edək ki, Neymar ötən mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 28 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə verib.

Xatırladaq ki, PSJ-nin hücumçusu ilinə 50 milyon avro qazanır.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər