Neymar PSJ-də bu şərtlə qalmaq istəyir

Neymar PSJ-də bu şərtlə qalmaq istəyir

PSJ-nin ulduz hücumçusu Neymar yayda komandadan ayrılmaq istəməsi ilə bağlı qərarını dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, Luis Enrike yeni baş məşqçi olacağı təqdirdə braziliyalı Paris klubunu tərk etməyəcək.

Bu barədə "Lequipe" məlumat yayıb.

Mənbənin məlumatına görə, 31 yaşlı futbolçu ispaniyanın rəhbərliyi altında oynamağa hazırdır. Enrikenin təyinatı ilə bağlı danışıqlar son mərhələdədir.

Neymar 2014-2017-ci illərdə "Barselona"da ispaniyalı mütəxəssisin rəhbərliyi altında çıxış edib. Kataloniyalılar 2015-ci ildə Çempionlar Liqasının qalibi olublar.

Braziliyalı forvard zədə səbəbindən ötən mövsümün sonunu buraxıb. O, başa çatan mövsümdə PSJ-nin heyətində ümumilikdə, 29 matçda 18 qol vurub, 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər