Braziliyada prezident seçkilərinin ikinci turuna bir neçə gün qalmış prezidentliyə namizəd Luis İnasio Lula da Silva Neymarı ittiham edib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, o, PSJ-in braziliyalı superulduzunun atasının ölkənin ifrat sağçı və hazırkı prezidenti Jair Bolsonaro ilə müqavilə bağladığını söyləyib.
Prezidentliyə namizədin iddiasına görə, Bolsanoro seçki kampaniyası zamanı Neymar ailəsinin populyarlığından səs qazanmaq üçün qarşı tərəfə xeyli vəsait ödəyəcək.
Lulanın mövqeyi isə sonuncunun reaksiyasına səbəb olub. Neymarın atası namizədin açıqlamasını "ehtiyatsızlıqdan verilən yalan bəyanat” adlandırıb, ondan dediklərini sübuta yetirməyi tələb edib.
Mirağa