Neymar Messinin rekordunu yenilədi

Neymar Messinin rekordunu yenilədi
Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-nin "Atalanta" ilə oyunu Neymar üçün əlamətdar olub. 
 
Fanat.az xəbər verir ki, sözügedən qarşılaşmada PSJ-nin hücumçusu Neymar yeni rekorda imza atıb.
Dünənki görüşdə 16 dəfə uğurlu driblinq edən 28 yaşlı oyunçu bu baxımdan 2019/20 mövsümünün rekordunu yeniləyib. Ona qədər ən yüksək göstərici "Barselona”nın kapitanı Lionel Messi və "Napoli”nin hücumçusu Lorenzo İnsinyeyə məxsus idi. Hər iki futbolçu bir matçda 11 uğurlu driblinqlə yadda qalıb.
 
Qeyd edək ki, matçın 27-ci dəqiqəsində hesabı açan İtaliya klubu qələbəyə yaxın olsa da, Paris təmsilçisi görüşün sonlarında - 90 və 90+3-cü dəqiqədə vurduğu qollarla qalib gələrək yarımfinala çıxıb. Tomas Tuhelin komandası yarımfinalda bu gün keçirilən "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər