Neymar İspaniyaya qayıdır

Neymar İspaniyaya qayıdır

Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es report" yayıb.

Mənbənin məlumatına görə, “Barselona” “İnter Mayami”nin xeyrinə seçim edən argentinalı Lionel Messinin transferinin baş tutmamasını sığortalamaq üçün üzünü digər sabiq ulduzu Neymara tutub. İspaniya çempionu tezliklə braziliyalı futbolçu ilə danışıqlara başlayacaq.

Xatırladaq ki, Neymar 2017-ci ildə PSJ-yə məhz "Barselona"dan keçib. Onun parislilərlə hazırki müqaviləsinin müddəti 2024/2025 mövsümünün sonunda başa çatacaq.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər