Neymar Braziliya millisindən kənarlaşdırıldı - RƏSMİ

Neymar Braziliya millisindən kənarlaşdırıldı - RƏSMİ

Uzun müddətdən sonra Braziliya millisinə çağırılan Neymar heyətdən kənarlaşdırılıb.

Fanat.Az xəbər verir ki, məlumatı "pentakampionlar"ın mətbuat xidməti yayıb.

33 yaşlı hücumçu ölkəsində çıxış etdiyi "Santos"un heyətində zədələndiyinə görə ölkəsinin yığmasına kömək edə bilməyəcək. Onun 1,5 illik fasilənin ardından yenidən milli forması ilə meydana çıxmaq istəyi həyata keçməyib.

Qeyd edək ki, Braziliya millisi DÇ 2026-nın seçmə mərhələsinin oyunları çərçivəsində martın 21-də evdə Kolumbiya, 5 gün sonra isə səfərdə Argentina ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər