Nəsirlidən Latviyada məhsuldar ötürmə

Nəsirlidən Latviyada məhsuldar ötürmə

Latviya çempionatında 21-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Super Nova” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib - 2:0.

Ramin də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana çıxıb. Komandasının 87-ci dəqiqədə vurduğu ikinci qolun məhsuldar ötürməsini də azərbaycanlı futbolçu verib.

Futbolçumzun komandası hazırda 21 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər