Neftçalada baş məşqçini döydülər - ŞOK

Neftçalada baş məşqçini döydülər - ŞOK
I divizionun XI turunun “Neftçala” -“Şahdağ” oyununda dava düşüb.
Fanat.az futbolinfo.az-a istinadən xəbər verir ki, Nəriman Nərimanov adına Neftçala şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahiblərinin baş məşqçisi Kamal Quliyevlə azarkeşlər əlbəyaxa olub.
Cəzalı olduğu üçün oyunu tribunadan izləyən Quliyev qonaq azarkeşlərin atmacalarına reaksiya verincə, gərginlik yaranıb. Klub rəhbərlərinin və asayiş keşikçilərinin müdaxiləsindən sonra ara sakitləşib. Amma buna kimi Kamal bəy azarkeşlərdən bir neçə yumruq zərbəsi alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər