Mustafa Dənizlinin “Xəzər Lənkəran” klubunun baş məşqçisi postuna keçməsindən sonra bir sıra məşhurların adı “Xəzər Lənkəran”la birgə hallanır. Bunlardan biri də Türkiyə milli komandasının sabiq üzvü Necati Ateşdi. Hazırda “Eskişəhərspor”da çıxış edən “Qalatasaray”ın sabiq üzvünün “Xəzər Lənkəran”ın maraq dairəsində olduğu söylənilir.
Fanat.az xəbər verir ki, futbol11.az saytı bu məsələni dəqiqləşdirmək üçün məşhur forvardın özü ilə əlaqə saxlayıb. Səmimi fikirlər səsləndirən Ateş “Xəzər Lənkəran”dan gələcək təklifə isti baxacağını gizlətməyib:
“Mən “Xəzər Lənkəran” məsələsini qəzetlərdən oxumuşam. Amma mənə hər hansı bir rəsmi və ya qeyri-rəsmi dəvət edilməyib. Əgər mənə təklif gəlsə və şərtlər uyğun olsa, niyə də “Xəzər Lənkəran”da oynamayım? Azərbaycanda bizim qardaşlarımız yaşayır. Vaxtilə Azərbaycanda dostlarım da oynayıb. Mustafa Dənizlinin Azərbaycanda işləməsi isə çox böyük bir amildi, hadisədi. Dəvət gəlsə, müzakirə edərəm”.
Fanat.az