Nə "Real" yarımfinal görəcək, nə də "Barsa"

Nə "Real" yarımfinal görəcək, nə də "Barsa"

İspaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

 

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə isə iki duel reallaşıb.

"Real” doğma meydanda "Real Sosyedad”a yenilərək kubokla vidalaşıbsa, "Barselona” da səfərdə "Atletik”ə minimal hesabla uduzub.

 

İspaniya kuboku

1/4 final

4 fevral

Qranada – Valensiya 2:1

Qollar: Soldado, 3; 90+4-pen – Rodriqo, 40.

5 fevral

Mirandes – Vilyarreal 4:2

Qollar: Ayas, 17. Merkelans, 45+3-pen. Onaindia, 58. A.Sançes, 90+2 – Ontiveros, 32. Kasorla, 55-pen.

6 fevral

Real – Real Sosyedad 3:4

Qollar: Marselo, 59. Rodriqo, 81. Naço, 90+3 – Odeqar, 22. İsak, 54; 56. Merino, 69.

 

Atletik – Barselona 1:0

Qol: Uilyams, 90+3.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər