"Tottenhem" Tanqay Ndombeleni icarəyə verib.
Fanat.Az xəbər verir ki, informasiyanı sözügedən futbolçunu heyətinə qatan "Napoli"nin mətbuat xidməti yayıb.
Məlumata görə, neapollular icarə haqqı olaraq, Hotspur təmsilçisinə 1 milyon avro ödəyəcək. İtaliya təmsilçisi Ndombelenin icarə müqaviləsinin müddəti başa çatandan sonra - 2023-cü ilin yayında, təxminən 30 milyon avro xərcləyərək Fransa millisinin üzvünün transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Ndombele ötən mövsümün ilk yarısını "Tottenhem"də, ikinci bölümünü isə "Olimpik Lion"da keçirib.
Nihat