Nazir iddialı danışdı: "Dünya güclü klub görəcək"

Nazir iddialı danışdı: "Dünya güclü klub görəcək"

Səudiyyə Ərəbistanının maliyyə naziri Abdullah ibn Əbdül-Əziz ibn Əbdürrəhman əs-Səud "Nyukasl" klubunun ölkənin investisiya fondu tərəfindən satın alınmasına münasibət göstərib.

Fanat.Az xəbər verir ki, nazir bu barədə "NBC" telekanalına müsahibəsində danışıb:

"Nyukasl" tarixi klubdur. Bizim yatırdığımız sərmayələrimizdən sonra daha güclü klub meydana çıxacaq. Dünya yeni və daha güclü klub görəcək".

Xatırladaq ki, oktyabr ayının 7-si "Nyukasl" klubunu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu tərəfindən 350 milyon avroya satın alınıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər