Nazir Fransada çempion olan cüdoçumuzu təbrik etdi

Nazir Fransada çempion olan cüdoçumuzu təbrik etdi

Gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayevi təbrik edib.

Fanat.Az xəbər verir ki, nazir bu barədə "Facebook" profilində paylaşım edib.

F.Qayıbov 60 kiloqram çəki dərəcəsində çempion olan idmançıya yeni nailiyyətlər arzulayıb. O, Balabəy Ağayevdən eyni nəticəni 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında gözlədiyini bildirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər