Nazim Süleymanov yenidən "Xəzər Lənkəran"da?

Nazim Süleymanov yenidən "Xəzər Lənkəran"da?
Nazim Süleymanovun "Xəzər Lənkəran"a qayıtması ilə bağlı məlumat yayılıb. Fanat.az sportinfo.az saytına istinadən xəbər verir ki, mütəxəssis Lənkəran klubunda idman direktoru vəzifəsini tutacaq.
Lakin klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu xəbəri təkzib edib: "Xeyr, Nazim Süleymanov idman direktoru təyin olunmayıb. Bu məsələ hələ ki, bizim gündəmimizdə deyil".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər