Yunis Hüseynovdan əvvəl "Xəzər Lənkəran"ın idman direktoru vəzifəsi başqa mütəxəssisə təklif olunub. Fanat.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi Nazim Süleymanovu komandaya qaytarmaq istəyib.
3 həftə əvvəl ona bu vəzifə təklif edilib. Lakin Süleymanov idman direktoru vəzifəsini tutmaqdan imtina edib. O, klub rəhbərliyinə "Xəzər Lənkəran"a ancaq baş məşqçi kimi qayıda biləcəyini deyib. Lakin rəhbərlik onu idman direktoru vəzifəsində görmək istəyib.
Qeyd edək ki, həm Süleymanov, həm də Hüseynov əvvəllər "Xəzər Lənkəran"ın baş məşqçisi olub.
Fanat.az