Nazarovun baş məşqçisi qovuldu

Nazarovun baş məşqçisi qovuldu

Almaniyanın "Ertsgebirge" klubu baş məşqçisi Aleksey Şpilevski ilə yollarını ayırıb.

Fanat.Az Aue təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı belaruslu mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

"Ertsgebirge" cari mövsüm II Bundesliqada 7 oyuna 3 xal toplayıb və sonuncu - 18-ci pillədə qərarlaşıb. Komandada Azərbaycan millisində oynamış Dmitri Nazarov da çıxış edir.

Qeyd edək ki, Aleksey Şpilevski "Ertsgebirge"yə iyunda baş məşqçi təyin olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər