Nazarov üçün Bundesliqada 7 dəqiqə

Nazarov üçün Bundesliqada 7 dəqiqə
Almaniyanın II Bundesliqasında X turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu "Union Berlin"i qəbul edib.
Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nazarov 83-cü dəqiqədə - qonaqların sonuncu qolundan bir dəqiqə sonra meydana çıxıb.
Qeyd edək ki, "Aue" 10 turdan sonra 10 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Nazarov cari mövsümdə 6 oyuna çıxıb, 225 dəqiqə oynasa da, qol vura bilməyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər