NAZ Avropa çempionatının rəsmi nəqliyyat tərəfdaşı olacaq

NAZ Avropa çempionatının rəsmi nəqliyyat tərəfdaşı olacaq
NAZ şirkəti Bakı 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının rəsmi nəqliyyat tərəfdaşı olacaq. Fanat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunun qarşılığında şirkət bir sıra üstünlüklər əldə edib. 
NAZ çempionatın loqosundan istifadə hüququ, eksklüziv məhsul kateqoriyası, azarkeşlər, VİP və media üçün xüsusi hədiyyələrin hazırlanması hüquqi, rəsmi oyun proqramında 1 səhifəlik reklam yeri, 4 ədəd meydança ətrafı reklam (6 x 0.9 metr), media fonda loqo, oyun biletlərində loqo, rəsmi posterdə loqo, təbliğat materiallarında loqo, UEFA-nın saytındakı UEFA U-17 səhifəsində loqo və digər üstünlüklərdən yararlana biləcək. Öz növbəsində şirkət çempionatın püşkatma mərasimi üçün Yerli Təşkilat Komitəsini 15, turnir zamanı istifadə üçün isə 60 avtomobillə təmin edəcək.
Yaxın günlərdə avtomobillərin təqdimatı keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər