Nardaranda şəhid olan polis Avropa çempionu imiş - FOTO

Nardaranda şəhid olan polis Avropa çempionu imiş - FOTO
Nardaranda şəhid olan polislərdən ikincisinin də idmançı olduğu müəyyənləşib. "Report"un məlumatına görə, 38 yaşında dünyasını dəyişmiş İsmayıl Tağıyev ağırlıqqaldırma ilə məşğul olub. 
O, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi. Şəhid polis 2012-ci ildə Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında keçirilmiş Avropa çempionatında 105 kq və 105 kq-dan yuxarı çəki dərəcələrində qızıl medal qazanıb. 
Tağıyevin iki oğlu, bir qızı var. Oğlu cəmi 2 həftə əvvəl doğulmuşdu. 
Qeyd edək ki, Nardaranda şəhid olan digər polis əməkdaşı - Vüqar Nəsibov isə idmanın kikboksinq növü üzrə dəfələrlə çempion olub. 
Allah şəhidlərimizi rəhmət eləsin!
Nardaranda şəhid olan polis Avropa çempionu imiş - FOTO
Nardaranda şəhid olan polis Avropa çempionu imiş - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər